"Google" 2024-cü il üçün ətraf mühitin mühafizəsi üzrə hesabatını dərc edib.
İndex.az xəbər verir ki, hesabatda göstərliir ki, süni intellektlə işləmək üçün enerji tutumlu məlumat mərkəzləri şirkətin karbon neytrallığı məqsədlərinə böyük zərbə vurub.
2019-cu ildə müəyyən etdiyi iqlim hədəflərinə görə, "Google" 2030-cu ilə qədər planeti istiləşdirən istixana qazlarının çirklənməsini yarıbayarı azaltmağı hədəfləyib.
Bununla belə, faktiki vəziyyətə görə, şirkət 2019-cu ilə nisbətən istixana qazı emissiyalarını 48% artırıb.
"Google"un ötən il istehsal etdiyi karbon qazının miqdarı 14,3 milyon ton təşkil edib.
Bu, əvvəlki illə müqayisədə 13% artım deməkdir.
