"Google"un süni intellekt şirkəti "Anthropic"ə sərmayə qoyacağını açıqlayıb.

İndex.az xəbər verir ki, "Google" rəsmisi şirkətin daha əvvəl "OpenAI" rəqibinə 500 milyon dollar sərmayə qoyduğunu və zaman keçdikcə daha 1,5 milyard dollar sərmayə qoymaq üçün şirkətlə razılığa gəldiklərini söyləyib.

Bu investisiyanın artırılmasının əsas səbəbi kimi şirkətin süni intellektdə "Microsoft" ilə rəqabət apara bilməsi göstərilir.

"Amazon" keçən ay süni intellekt sahəsində rəqibləri ilə rəqabət aparmaq üçün "Anthropic"ə 4 milyard dollara qədər sərmayə qoyacağını açıqlamışdı.