"Google" işçilərini işdən çıxarmağa davam edir.
İndex.az xəbər verir ki, şirkət satış departamentindən yüzlərlə işçini ixtisar edəcək.
"Google"un son işdən çıxarılması xəbərləri ilk olaraq "Google"ın baş vitse-prezidenti Filip Şindler tərəfindən işçilərə göndərilən daxili mesajda ortaya çıxıb.
Şindler, ixtisarların, ilk növbədə, böyük bizneslərə reklam satan bir komanda olan Böyük Müştəri Satışları (LCS) bölməsinə təsir edəcəyini söyləyib.
"Google" ötən ilin oktyabrında da LCS komandasındakı bəzi əməkdaşlarını işdən çıxarmışdı.
Keçən həftə "Google", "Pixel", "Fitbit" və "Nest" məhsulları üzərində işləyənlər, həmçinin mühəndislər və şirkətin bir neçə hissəsində çalışan əməkdaşlar arasında geniş ixtisar etdi.
