"Google" "DeepMind" süni intellektlə yaradılmış şəkillər üçün "SynthID" filiqran alətini hazırlayıb.
İndex.az xəbər verir ki, "SynthID" filiqranları insanlar üçün görünməyəcək, lakin aşkarlama vasitələri onu aşkarlaya biləcək.
Belə ki, "Imagen" istifadəçiləri istədikləri şəkli yarada və sonra su nişanı əlavə edib-etməməyi seçə biləcəklər.
Ümid edilir ki, bu, insanlara süni intellekt tərəfindən yaradılan məzmunun saxtalaşdırıldığını başa düşməyə və ya müəllif hüquqlarının qorunmasına kömək edəcək.
Son bir il ərzində generativ süni intellekt modellərinin artan populyarlığı saxta video və fotoları da gətirib.
