ABŞ-da federal məhkəmə proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğuna görə "Google" təzminat ödəyəcək.

İndex.az xəbər verir ki, "Texas" ştatının Vako şəhərindəki federal məhkəmənin münsiflər heyəti proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğunu əsas gətirərək "Google"un 338,7 milyon dollar təzminat ödəməsi barədə qərar çıxarıb.

Mövzu ilə bağlı "Google"dən verilən açıqlamada, "Google"un həmişə texnologiyanı müstəqil şəkildə inkişaf etdirdiyin və şirkətin qərara etiraz edəcəyini bildirib.

2021-ci ildə Nyu-Yorkda yerləşən "Touchstream" şirkəti tərəfindən açılan iddiaya görə, şirkətin qurucusu David Strober 2010-cu ildə videoları smartfon kimi kiçik bir cihazdan televizor kimi daha böyük cihaza "köçürmək" texnologiyasını icad edib.

"Google" "Touchstream" ilə 2011-ci ilin dekabrında həmin texnologiya haqqında danışıb, lakin iki ay sonra bu texologiyanın "Google" üçün maraqlı olmadığı bildirilib.

Bundan sonra "Google" 2013-cü ildə "Chromecast" media axın cihazlarını istifadəyə verdi.