"Google" oğurlanmış "YouTube" hesablarını geri qaytarmaq üçün yeni süni intellekt alətini istifadəyə verib.
İndex.az xəbər verir ki, bununla da, "YouTuber" hakerlərin etdiyi dəyişiklikləri asanlıqla düzəldib, hesabını geri ala biləcək.
Yeni süni intellekt təsirə məruz qalmış istifadəçilərə "Google"a girişlərini qorumaq, hakerin kanalda etdiyi hər hansı dəyişiklikləri (kanal adını dəyişmək, videoları silmək) ləğv etmək və kanalı hakerlərdən qorumaq üçün bir sıra suallar verəcək.
Alət istifadəçi dostu olmaq üçün hazırlanmışdır və istifadəçini bərpa prosesi ilə addım-addım istiqamətləndirəcək.
