ABŞ-da yerləşən video oyun istehsalı və inkişaf etdirmə şirkəti "Epic Games", tətbiqdaxili ödənişlərə görə "Google"a qarşı qaldırdığı antiinhisar işini qazanıb.
İndex.az xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsində baxılan işdə hakimlər heyəti "Google"un tətbiq mağazasını idarə edərkən antiinhisar qanunlarını pozduğunu qərara allb.
"Epic Games"in baş icraçı direktoru (CEO) Tim Sviney X sosial media hesabında "Google-a qarşı Qələbə" paylaşımı edib.
Sviney, hakimlər heyətinin hər baxımdan "Google Play" inhisarına qarşı qərar verdiyini bildirib.
