"Google", keş məlumatlarının axtarış nəticələrini silib.
İndex.az xəbər verir ki, keşləmə funksiyası sizə veb səhifəni tarixə əsasən "Google"un gördüyü kimi nəzərdən keçirməyə imkan verir.
Bu isə bir sıra səbəblərə görə çox faydalı xüsusiyyətdir.
Mütəxəssisləri bu özəllikdən saytlarında rəqiblərini izləmək üçün istifadə edə bilərdilər.
Funksiya, həm də son dərəcə faydalı xəbər toplama vasitəsi kimi istifadə olunurdu.
