"Goldman Sachs" neft tələbinin qiymətləri artıracağını gözləyir.
İndex.az xəbər verir ki, "Goldman Sachs" yaxın perspektivdə neft bazarlarında rekord tələbin xam neft qiymətlərini artıracağını gözləyir.
"Goldman Sachs"ın Neft Araşdırmaları Direktoru Daan Struyven, CNBC-yə verdiyi müsahibədə bildirib ki, tələbin bütün zamanların ən yüksək həddinə çatmasına görə ilin ikinci yarısında əhəmiyyətli bir tədarük boşluğu olacağını gözlənilir.
Struyven hazırda barreli 80 dollardan bir qədər çox olan "Brent" markalı neftin proqnozunun ilin sonuna kimi 86 dollara yüksələcəyini bildirib.
Struyyen, ABŞ-ın xam neft hasilatının keçən il əhəmiyyətli dərəcədə artaraq gündəlik 12,7 milyon barelə yüksəldiyini, əksinə, 2023-cü ilin qalan hissəsində artım tempinin yavaşlayacağını bildirib.
