"Goldman Sachs" iqtisadçıları, ABŞ-ın tənəzzülə girmə ehtimalını 20%-dən 15%-ə qədər azaldıb.
İndex.az xəbər verir ki, inflyasiyanın zəifləməsinə və əmək bazarının hələ də dayanıqlı olmasına görə, "Goldman Sachs", ABŞ-ın tənəzzülə getmə ehtimalını 15%-ə endirib.
"Goldman"ın baş iqtisadçısı Yan Hatzius, araşdırma qeydində bildirib ki, davamlı məşğulluq artımı və real əmək haqqının artması sayəsində 2024-cü ildə real istifadədə olan gəlir yenidən sürətlənəcək.
