ABŞ "Birləşmiş Avtomobil İşçiləri" müqaviləsi üzrə danışıqlar başa çatdıqdan sonra işçilər tətilə başlayırlar.

İndex.az xəbər veir ki, işçilər cümə günü "Bronco SUV" istehsal edən "Ford"un Miçiqan zavodunu, orta ölçülü pikap istehsal edən Missuridəki "General Motors" zavodunu və "Jeep Wrangler"in istehsal olunduğu Ohayo ştatının Toledo şəhərindəki "Stellantis NV" zavodunu tərk etməyə başlayıblar.

Həftələrlə davam edən danışıqların bir bəhrə verməməsi işləri bu həddə gətirib çatdırdı.