"Garmin" brendi tezliklə "Epix Gen 2" seriyası altında yeni qabaqcıl ağıllı saat təqdim edəcək.

İndex.az xəbər verir ki, "Epix 2 Pro" adı ilə debüt edəcək modelin sapfir kristal şüşə variantı da olacaq.

Təqdimatdan əvvəl cihaz haqqında bəzi vacib detallar internetə sızdırılıb.

Verilən məlumata görə, "Garmin Epix 2 Pro" 42 mm, 47 mm və 51 mm olmaqla üç ölçüdə istehlakçılara təqdim olunacaq.

Bundan əlavə, yeni ağıllı saat cızıqları minimuma endirmək üçün "safir kristal" ekran şüşəsi variantı ilə təklif olunacaq.

Şirkət bu yaxınlarda təqdim edilmiş "Garmin Instinct 2X" modeli kimi "Epix 2 Pro"ya da LED fənər əlavə edə bilər.

"Garmin Epix 2 Pro"nun qiymət etiketi haqqında da bəzi məlumatlar var.

Mənbənin məlumatına görə, şirkət 950 avro qiymətli ağıllı saatın 42 mm-lik versiyasını, 47 mm və 52 mm-lik variantını isə müvafiq olaraq 1050 avro və 1150 avro qiymətinə satacaq.

Garmin Epix 2 Pro-nun mayın 31-də elan ediləcəyi gözlənilir.