FTX kriptovalyuta birjasının təsisçisi barədə cinayət işi başlanılıb.
İndex.az xəbər verir ki, FTX-in keçmiş Baş İcraçı Direktoru (CEO) fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunan Sam Bankman-Frayd barəsində cinayət işi başlanılıb.
Ona qarşı elektron və qiymətli kağızlarla fırıldaqçılıq və çirkli pulların yuyulması kimi yeddi ittiham irəli sürülüb.
Sam Bankman-Frayd 250 milyon dollar girov qarşılığında sərbəst buraxısa da, sonra onun girovu ləğv edilib və o, həbs edilib.
