Kriptovalyuta sənayesindəki inkişafdan öz xeyrinə istifadə etmək istəyən hakerlər müxtəlif hücumlarla layihələri hədəfə alırlar.
İndex.az xəbər verir ki, ABŞ-ın mühüm qurumlarından biri olan Federal Təhlükəsizlik Bürosu (FTB), Şimali Koreya hakerləri "Lazarus" və "APT38"in 40 milyon dollar dəyərində "Bitcoin" (BTC) sata biləcəyini açıqlayıb.
Bundan əlavə, FTB, hakerlərə aid olduğu təxmin edilən 6 pul kisəsində 41 milyon dollarlıq BTC aktivinin tapıldığını açıqlayıb.
Məlum olduğu kimi, "Lazarus" bir çox böyük hakerlik hadisələrinin arxasında dayanır.
Yüz milyon dollardan çox hakerlik cəhdləri edən haker qrupu blokçeyn sənayesinin ən böyük düşməninə çevrilib.
