Fransanın əmək naziri Olivier Dussopt bir sıra açıqlamaları ilə diqqətləri öz üzərinə çəkib.
İndex.az xəbər verir ki, Fransanın əmək naziri Olivier Dussopt bildirib ki, mühacirlərin işə götürülməsi Fransada müəyyən peşələrin icrası üçün zəruri şərtdir.
Dussopt, J Radiosunda, xaricdən gələn işçilərin nisbətinin, xüsusilə mətbəx köməkçisi və ya təmizlik kimi peşələrdə çox daha olduğunu söyləyib.
Xidmət sektorunda çalışanların 25%-nin immiqrantlar olduğunu bildirən Dussopt, həqiqətlə üzləşməli olduqlarını qeyd edib:
"Onlar olmasaydı bu peşələr olmazdı. Ölkəmizə immiqrasiya olmasaydı, bəzi peşə sektorları fəaliyyət göstərə bilməzdi. Bir neçə həftə ərzində immiqrant islahatı ilə bağlı konsensus olmasa, islahatı təqdim edib-etməmək məsələsinə yenidən baxacağıq".
