Amerikanın avtomobil nəhəngi "Ford"un CEO-su Cim Farley UAW ilə avtomobil istehsalçıları arasında davam edən danışıqlara münasibətini açıqlayıb.
İndex.az xəbər verir ki, Farley bildirib ki, birliyin tələb etdiyi artım tələbi şirkətin iflasına səbəb ola bilər:
"Hər kəs bu məsələ ilə bağlı hər hansısa həll yolu tapdığımızı düşünür. Amma orada heç nə yoxdur. Biz "Shawn Fain" və UAW-dan heç bir əks təklif almamışıq. Onlar, işçilərimizi dəstəkləməkdənsə, iflas etməyi seçməyimizi istəyirlər".
