İtaliyanın idman avtomobil istehsalçısı "Ferrari"nin mənfəət və dövriyyəsi cari ilin 3-cü rübündə gözləntiləri üstələyib.
İndex.az xəbər verir ki,"Ferrari" 3-cü rübdə faiz və vergidən əvvəl 423 milyon avro gəlir əldə edib.
Avtomobil şirkətinin dövriyyəsi isə 1,54 milyard avro təşkil edib.
Analitiklər şirkətdən 3-cü rübdə 1,48 milyard avro dövriyyə və 394 milyon avro mənfəət gözləyirdilər.
"Ferrari"nin 3-cü rübdə səhm başına düzəliş edilmiş mənfəəti 1,82 avro təşkil edib.
Faiz, vergi və amortizasiyadan əvvəlki mənfəəti isə 570 milyon avroluq gözləntiləri üstələyərək 595 milyon avroya çatıb.
