Dünyanın ən böyük super avtomobil istehsalçılarından biri olan "Ferrari" avtomobillərini kriptovalyutalarla satmağa başlayıb.
İndex.az xəbər verir ki, "Ferrari" öz avtomobillərini ABŞ-da icazə verilən sistemə uyğun olaraq kriptovalyutalarla satır.
Bu proqramın qısa müddət ərzində Avropada "Ferrari" tərəfindən istifadə ediləcəyi gözlənilir.
"Ferrari"nin Marketinq və Kommersiya Direktoru Enriko Qalliera bildirib ki, müştərilərin çoxu kriptovalyutalara sərmayə qoyduğuna görə öz sərmayələri ilə nəqliyyat vasitəsi almaq istəyirlər:
"Biz bu yeniliklə biznesin yolunu açdıq. Bu məsələ ilə bağlı tələb daha çox gənclərdən gəlir. Gənclərin kriptovalyutalara daha çox tələbatı var. Məsələn, "Tesla" 2021-ci ildə "bitcoin" ilə ödənişləri qəbul etməyə başladı.
