FED üzvü Nil Kaşkari bir sıra açıqlamaları ilə diqqət mərkəzinə düşüb.

İndex.az xəbər verir ki, FED-in Minneapolis üzrə sədri Nil Kaşkari CBS-ə verdiyi müsahibədə ABŞ-da inflyasiyanın kifayət qədər zəif olduğunu və sərtləşmə prosesinin bəzi iş yerlərinin itirilməsi ilə nəticələnə biləcəyini bildirib.

"ABŞ iqtisadiyyatının çox dözümlü olmağı bizi təəccübləndirir. Mənim proqnozuma görə, iqtisadiyyatı yavaşlatsaq da, tənəzzüldən qaçmaq mümkün olacaq”.

Kaşkari hazırda 3,6% olan işsizlik nisbətinin qarşıdakı aylarda 4%-ə yüksələ biləcəyini qeyd edib.