FED uçot dərəcələrini son 22 ilin ən yüksək səviyyəsinə qaldırıb.

İndex.az xəbər verir ki, keçən ay faiz artımını dayandıran ABŞ Federal Ehtiyat Sistemi (FED) iyul iclasında gözləntilərə uyğun olaraq siyasət faizini 25 bənd artırıb.

Beləliklə, uçot dərəcələri 2022-ci ildən bəri 11-ci dəfə artırılaraq son 22 ilin ən yüksək səviyyəsinə çatıb.

Qərarın mətnində daha çox faiz artımı ola biləcəyi, inflyasiyanın azaldılması üçün əlavə sərtləşdirmənin ölçüsünün qiymətləndiriləcəyi bildirilib.