FED sədri Cerom Pouelin bu il faiz artımının olacağı ilə bağlı proqnozlarından sonra Asiya və Sakit Okean bazarları yüksəlişə keçib.

İndex.az xəbər verir ki, Yaponiyada "Nikkei 225" 0,19%, "Topix" isə 0,66% yüksəlib.

Cənubi Koreyanın "Kospi" indeksi 0,2%, "Kosdaq" indeksi isə 0,25" bahalaşıb.

Avstraliyanın "S&P/ASX 200" indeksi isə əksinə olaraq 0,65% ucuzlaşıb.

Honkonq, Çin və Tayvanda bazarlar tətil üçün bağlı olub.