Qlobal bazarların gözləntilərinə görə, FED bu toplantıda uçot dərəcəsinə toxunmayacaq.

İndex.az xəbər verir ki, buna baxmayaraq son inflyasiya məlumatlarının təsiri ilə FED-in faiz endirimi üçün tələsməyəcəyi proqnozlaşdırılır.

Bazarlarda gözlənti FED-in üçüncü iclasında uçot dərəcələrini sabit saxlaması və mart ayında faiz endirimi gözləntilərini rədd etməsidir.

FED-in siyasət faizini 5,25-5,5% arasında saxlayacağı gözlənilir.

Beləliklə, ölkədə siyasət faizi son 22 ilin ən yüksək səviyyəsində qalacaq.