FED-in Rİçmond üzrə sədri Tomas Barkin bir sıra açıqlamalar verib.

İndex.az xəbər verir ki, FED-in Riçmond üzrə sədri Tomas Barkin bildirib ki, inflyasiya zəifləmədikdə, uçot dərəcələrini artırmaq daha məqsədəuyğundur:

"Bir daha qeyd etmək istəyirəm ki, 2%-lik inflyasiya bizim hədəfimizdir və yavaşlayan tələb inflyasiyanı nisbətən daha tez həmin hədəfə qaytarır. Əgər gələcək məlumatlar bunu dəstəkləmirsə, uçot dərəcələri yüksəldilməlidir. Mən bunun daha əhəmiyyətli yavaşlama riski yaratdığını başa düşürəm, lakin 70-ci illərin təcrübəsinə baxsaq görərik ki, əgər inflyasiyadan çox tez imtina etsəniz, inflyasiya daha da güclənəcək. Belə olduqda FED daha çox işlər görməli olacaq ki, bu da daha böyük zərərlərə gətirib çıxaracaq".

Qeyd edək ki, Barkin bu il dərəcələri təyin edən Federal Açıq Bazar Komitəsinin səsvermə hüququna malik olmayan üzvüdür.