FED-in uçot dərəcələrini son 22 ilin ən yüksək səviyyəsinə qaldırması ilə Asiya-Sakit Okean bazarları yüksəlib.
İndex.az xəbər verir ki, Yaponiyanın "Nikkei 225" indeksi 0,12%, "Topix" indeksi isə 0,08% bahalaşıb.
Cənubi Koreyada "Kospi" 0,78%, "Kosdaq" isə 1,01% artıb.
Avstraliyada "S&P/ASX 200" 0,79% irəliləyib.
Honkonqun "Hang Seng" indeksi də 0,95%-lik artımla bahalaşan birjalar sırasındadır.
Çində "Şanxay Kompozit" indeksi 0,026%, "Şenzen Komponent" indeksi isə 0,191% artıb.
