Qızıl FED-in faiz qərarı ərəfəsində stabilliyini qoruyur.

İndex.az xəbər verir ki, investorların FED-in uçot dərəcələrini yüksəldəcəyi ilə bağlı gözləntiləri qızılın qiymətini sabit saxlayıb.

Hazırda qızılın unsiyası 1984 dollar civarında satılır.

FED gözləntiləri ilə yanaşı, bank böhranı ilə bağlı baş verən proseslər də qızılın qiymətinə təsir edir.

Qeyd edək ki, "JPMorgan Chase" keçən ay iflas edən "First Republic"i almağa razılaşıb.

"ANZ Banking Group"un analitikləri Brian Martin və Daniel Hynes bildiriblər ki, "JPMorgan Chase"in "First Republic"i almağı bank sistemi ilə bağlı bəzi qorxuları azaltmağa kömək etsə də, gələcəkdə baş verə biləcək proseslərlə bağlı narahatlıqlar hələ də qalmaqdadır. Bu isə qızıla güvəni daha da artırır.