FED İdarə Heyətinin üzvü Kristofer Uoller sentyabr ayında faiz artımına fasilə verilməsini dəstəkləyən mesajlar verib.
İndex.az xəbər verir ki, FED İdarə heyəti Üzvü Uoller, inflyasiyanın yavaşlamasına diqqət çəkərək, faiz artımlarının ehtiyatlı bir şəkildə davam etdirilməsinin lazım olduğunu söyləyib.
CNBC-yə müsahibə verən Uoller, sentyabr toplantısında faiz artımının olmayacağı mesajını verərək, məlumatları gözləməyin daha doğru olacağını bildirdi.
Fed rəsmiləri faiz qərarını 19-20 sentyabr tarixlərində keçiriləcək iclasda açıqlayacaq.
Bazarlarda faiz artımının olmayacağı gözlənilir.
