ABŞ Federal Ehtiyat Sistemi (FED) lazımi tədbirlər görmədiyi üçün "Deutsche Bankı" cərmələyib.

İndex.az xəbər verir ki, FED çirkli pulların yuyulmasının qarşısını almaq üçün lazımi tədbirlər görmədiyi üçün "Deutsche Bank" və onun ABŞ-dakı törəmə şirkətlərini 186 milyon dollar cərimələyib.

Açıqlamada, "Deutsche Bank"ın sözügedən razılaşmalar çərçivəsində kifayət qədər irəliləyiş əldə etmədiyi və "Deutsche Bank"ın Estoniya filialı ilə əvvəlki əlaqələri çərçivəsində çirkli pulların yuyulmasına qarşı daxili nəzarət və idarəetmə proseslərində zəif qaldığı bildirilib.

"Deutsche Bank"ın bu məsələlərin həllinə üstünlük verməli olduğu vurğulanaraq, təhlükəli və əsassız təcrübə və ya pozuntuların aradan qaldırılmaması halında bankın “əlavə və artırılmış” cəzalarla üzləşə biləcəyi qeyd edilib.