FED İdarə Heyətinin üzvü Kristofer Uoller Norges Bank və Beynəlxalq Valyuta Fondunun (IMF) Osloda təşkil etdiyi tədbirdə bank böhranının faiz artımına mümkün təsiri ilə bağlı açıqlamalar verib.
İndex.az xəbər verir ki, FED İdarə Heyətinin üzvü Kristofer Uoller bildirib ki, bir neçə bankda uğursuz idarəetmə ilə bağlı narahatlıqlar səbəbindən FED-in pul siyasəti mövqeyini dəyişməsini dəstəkləmir.
FED-in ikitərəfli öhdəliklərinin tələb etdiyi kimi inflyasiya ilə mübarizə aparmaq üçün uçot dərəcələrini artırması lazım olduğunu söyləyən Ualler, banklarda görülən uğursuz idarəçilik narahatlıqlarına görə FED-in pul siyasəti mövqeyini dəyişməsinin düzgün olmadığını vurğulayıb.
Digər tərəfdən, Ualler son bank sektorunda yaşanan problemlərin ABŞ-da kredit şərtlərinin əhəmiyyətli dərəcədə sərtləşməsinə gətirib çıxmayacağını söylədi.
