Fairmont Baku

İctimaiyyətlə Əlaqələr və Marketinq üzrə Koordinator

Son tarix 26 noy 2024 - 

Əmək funksiyası:

  • Müvafiq olaraq otel,yerli,regional,beynəlxalq bazarlar çərçivəsində ünsiyyət strategiyalarını və ictimai əlaqə proqramlarını həyata keçirmək
  • Növbədə olduğu müddət ərzində bütün hesabatları hazırlayıb birbaşa rəhbərə təqdim etmək;
  • Brend təşəbbüslərini işləyib hazırlamaq və həyata keçirmək üçün Satış şöbəsi ilə birgə işləmək;
  • Press-kitlər, press-relizlər, informasiya bülletenləri, təqvim cədvəlləri hazırlamaq və yaymaqda köməklik etmək;
  • İstənilən şöbələr üçün marketinq və reklam üzrə məsləhətlər verməkdə köməklik etmək;
  • İctimaiyyətlə Əlaqələr və Marketinq Şöbəsinin xəbər-informasiya bazasını yeniləmək və digər şöbələr ilə əməkdaşlıq edərək, onları bütün cari xəbərlərdən xəbərdar etməkdə köməklik etmək;
  • Mətbuatla və əsas bazarda biznes tərəfdaşları ilə müsbət münasibətlər qurmaq və inkişaf etdirməkdə köməklik etmək;
  • Bütün media siyahılarını və əlaqə məlumatlarını inkişaf etdirmək və lazımi səviyyədə saxlamaq;
  • Otelin bütün media və xüsusi hadisələrin foto qeydləri də daxil olmaqla, müasir foto və video kitabxanasını yaratmaq və qorumaq;
  • Sosial media və bazara çıxarılacaq bütün çap materiallarının hazırlanmasında köməklik etmək;
  • Yerli və beynəlxalq mətbuat nümayəndələri ilə birgə tanışlıq səfərləri və turları keçirilməsinə köməklik etmək;
  • Otelin mülkiyyətinin, konfrans və toy zallarının, restoranlarının, otaqlarının broşurlarının hazırlanmasında köməklik etmək;
  • Otelin bütün şəkilləri və fotosessiyalarının hazırlanmasında köməklik etmək;
  • Oteldaxili satış və marketinq tədbirlərində iştirak etmək;
  • Qida və İçki şöbəsi  ilə yeməklərin təqdimatı və bayram tədbirlərinin təşkili məsələlərində köməklik etmək;
  • Toy mərasimləri ilə bağlı biznesin təşkili üçün plan hazırlanmasında köməklik etmək;
  • Gəlirləri artırmaq və müştəri ehtiyaclarını qarşılamaq üçün müştəri büdcələrini effektiv şəkildə idarə etmək;
  • Həm daxili, həm də xarici müştərilərə operativ və nəzakətli xidmətin göstərilməsini təmin etmək;                                                               

Tələblər:

  • Ali təhsil (turizm və otelçiliyin idarəedilməsi arzu olunandır)
  • Müvafiq vəzifə üzrə təcrübə (üstünlükdür)
  • Microsoft Windows kompüter proqramlarını bilmək.
  • Əla yazılı və şifahi ünsiyyət vərdişlərinə sahib olmaq.
  • Ətrafdakılarla münasibət qurmaq və problemləri həll etmək qabiliyyətinə malik olmaq.
  • Son dərəcə məsuliyyətli və etibarlı olmaq.
  • Diqqətini qonaqların istəklərinə yönəltmək, daim sakit və təmkinli qalmağı bacarmaq.
  • Telefonla ünsiyyət zamanı peşəkar etiket qaydalarına riayət etmək
  • Səlis Azərbaycan,İngilis,Rus dili biliyi
  • Bir komanda üzvü kimi sürətlə irəliləyən iş mühitində sərbəst şəkildə çalışmaq.
  • Dinamik, öyrənməyə həvəsli olmaq
  • Eyni zamanda birdən çox işi idarə etmək bacarığı olmaq

Maraqlanan namizədlər CV-lərini qeyd edilmiş elektron poçt ünvanına göndərə bilərlər.