"Fortnite"in istehsalçısı "Epic Games"in xaker hücumuna məruz qaldığı və şirkətdən təxminən 200 GB məlumatın oğurlandığı bildirilir.

İndex.az xəbər verir ki, "Mogileviç" adlı xaker qrupu hücumu təsdiqləyib.

Oğurlanmış edilmiş məlumatların "Epic Games" işçilərinə, müştərilərinə və ya hər ikisinə aid olduğu hələlik bəlli deyil.

"Mogileviç" adlı xaker qrupu məlumatları satışa çıxarsa da, heç bir sübut paylaşmayıb.

Bununla bağlı "Epic Games"dən heç bir rəsmi açıqlama verilməyib.

"Mogileviç" xaker qrupu şirkətə martın 4-nə qədər vaxt verib.

Bu qrup əvvəllər "Nissan"ın törəmə şirkəti olan "Infiniti"ni hədəf almışdı.