Telefon alarkən ekran keyfiyyəti mühüm meyar kimi önə çıxır. İstifadəçilərin gözləntiləri çox vaxt fərqli olsa da, deyə bilərik ki, böyük əksəriyyət digər xüsusiyyətlərə nisbətən ekrana keyfiyyətinə daha çox üstünlük verir.
İndex.az xəbər verir ki, "DxOMark"ın məlumatına görə, ən yaxşı ekrana malik smartfon yanvarın 22-də təqdim edilən "Galaxy S25 Ultra" olub.
Bu smartfon oxunaqlılıq, rəng və axıcılıq kimi bir çox sahədə cəmi 160 xalla birinci yerə çıxdı. İkinci və üçüncü yerlərdə 158 xalla "Google Pixel 9 Pro" və "Pro XL" modelləri qərarlaşıb. Siyahının dördüncü, beşinci və altıncı yerlərində "Honor Magic 6 Pro", "Galaxy S25+" və "S25" qərarlaşıb.
İşte an itibariyle en iyi ekranlı telefonlar;
| Telefon Adı | Ekran Xalı |
|---|---|
| Samsung Galaxy S25 Ultra | 160 |
| Google Pixel 9 Pro XL | 158 |
| Google Pixel 9 Pro | 158 |
| Honor Magic6 Pro | 157 |
| Samsung Galaxy S25 | 157 |
| Samsung Galaxy S25+ | 157 |
| Google Pixel 9 | 156 |
| Samsung Galaxy S24 Ultra | 155 |
| Google Pixel 8 Pro | 154 |
| Samsung Galaxy Z Fold6 | 154 |
| Samsung Galaxy S24 (Exynos) | 154 |
| Samsung Galaxy S24+ (Exynos) | 154 |
| Google Pixel 8 | 153 |
| Honor Magic7 Pro | 153 |
| Vivo X100 Pro | 153 |
| Google Pixel 9 Pro Fold | 152 |
| Apple iPhone 15 Pro Max | 151 |
| Apple iPhone 15 Pro | 151 |
| Honor 200 Pro | 151 |
| Honor Magic V2 | 151 |
