Ən çox neft ehtiyatına malik ölkə Venesueladır.
İndex.az xəbər verir ki, "The Spectator Index"in araşdırmasına görə, Venesuelanın neft ehtiyatı 303,8 milyard bareldir.
İndex.az ən çox neft ehtiyatına malik ölkələri sizə təqdim edir:
1. Venesuela: 303,8 milyard barel
2. Səudiyyə Ərəbistanı: 258,6 milyard barel
3. İran: 208,6 milyard barel
4. Kanada: 170,3 milyard barel
5. İraq: 145 milyard barel
6. Küveyt: 101,5 milyard barel
7. BƏƏ: 97,8 milyard barel
8. Rusiya: 80 milyard barel
9. Liviya: 48,3 milyard barel
10. ABŞ: 47.1 milyard barel
