Dünyada ən çox əhaliyə sahib ölkə Hindistandır.
İndex.az xəbər verir ki, Hindistan əhalisi son 1 ildə 9 milyondan çox artaraq 1,426 milyard nəfərə çatıb və Çini geridə qoyub. İkinci sırada olan Çinin əhalisi isə 1.425 milyard nəfərdir.
Qeyd edək ki, Azərbaycan 10.4 milyon nəfərlə bu siyahıda 90-cı yerdədir.
Ölkə 2023-cü il üzrə əhalisi 2022-ci il üzrə əhalisi
Hindistan 1,426,432,153 1,417,173,173
Çin 1,425,730,648 1,425,887,337
ABŞ 339,691,689 338,289,857
İndoneziya 277,152,636 275,501,339
Pakistan 239,701,173 235,824,862
Nigeriya 222,923,070 218,541,212
Braziliya 216,216,223 215,313,498
Banqladeş 172,662,039 171,186,372
Rusiya 144,527,268 144,713,314
Meksika 128,298,670 127,504,125
