Enerji İnstitutu “Kearney” beynəlxalq məsləhət şirkəti ilə birlikdə hazırladığı hesabatı açıqlayıb.

İndex.az xəbər verir ki, Enerji İnstitutunun “Kearney” beynəlxalq məsləhət şirkəti ilə birlikdə hazırladığı hesabata görə, ötən il elektrik enerjisi istehsalında günəş enerjisi 25%, külək enerji isə 13% artıb.

Hesabatda bildirilib ki, qlobal enerji tələbatı 2021-ci ildə 5,5% artdığı halda, 2022-ci ildə 1,1% artıb.

Hesabatda Ukraynadakı müharibənin və Rusiyaya qarşı ambarqoların təbii qazın qiymətini kəskin qaldırdığını, beynəlxalq təbii qazın qiymətinin Avropada 3 dəfə, Asiyada 2 dəfə artdığı qeyd edilib.