İnsanlar oyaq olduqları saatlarda ekran qarşısında nə qədər vaxt keçirirlər?

İndex.az xəbər verir ki, "ElectronicsHub" tərəfindən dünyanın 45 ölkəsində aparılan araşdırmaya görə, insanlar ümumi dünya üzrə gündə orta hesabla 6 saat 37 dəqiqə ekran qarşısında vaxt keçirirlər.

İnsanların gündə 16-18 saat oyaq qaldıqlarını nəzərə alsaq, günlərinin 35-40%-dən çoxunu ekranlara baxaraq keçirdiklərini görürük.

İndex.az gün ərzində ən çox ekran qarşısında olan ölkə əhalisini sizə təqdim edir:

1. ABŞ: 9 saat 38 dəqiqə (58,21%)

2. Braziliya: 9 saat 32 dəqiqə (56,61%)

3. Filippin: 9 saat 14 dəqiqə (54,44%)

4. Argentina: 9 saat 1 dəqiqə (53,80%)

5. Kolumbiya: 9 saat 1 dəqiqə (53,20%)

6. Çili: 8 saat 36 dəqiqə (51,59%)

7. Meksika: 8 saat 7 dəqiqə (48,60%)

8. Tayland: 8 saat 6 dəqiqə (48,56%)

9. Rusiya: 7 saat 57 dəqiqə (48,01%)

10.Malayziya: 8 saat 6 dəqiqə (47,34%)

11.Portuqaliya: 7 saat 37 dəqiqə (46,47%)

12.İndoneziya: 7 saat 42 dəqiqə (46.00%)

13.BƏƏ: 7 saat 29 dəqiqə (44,89%)

14.Türkiyə: 7 saat 24 dəqiqə (43,92%)

15.Tayvan: 7 saat 14 dəqiqə (42,98%)