“Moody's” tərəfindən nəşr olunan hesabata görə, ekoloji risklərə görə olan borclar 2015-ci ildə qeydə alınmış 2 trilyon dollarlıq səviyyəyə nəzərən iki dəfədən çox artıb.
İndex.az xəbər verir ki, dərc olunan hesabata görə, hazırda 16 sektor yüksək və ya çox yüksək ekoloji kredit riski ilə üzləşir.
2015-ci ildə bu risklə üzləşən sektorların sayı 9 olub.
Ən yüksək riskli sektorlar neft və qaz, mədənçıxarma və kimyadır.
Reytinq agentliyi iqlim dəyişikliyi, tullantı və çirklənmə də daxil olmaqla ətraf mühit təzyiqlərinin 82 trilyon dollar borcu olan 90 sektora potensial kredit təsirini araşdırıb.
Qlobal miqyasda bir çox sektorlar dəniz səviyyəsinin yüksəlməsi, qasırğalar, karbon emissiyaları, çirklənmə, biomüxtəlifliyə təhlükə və digər ekoloji təzyiqlər səbəbindən potensial olaraq daha böyük risklərə məruz qalacaqlar.
