Ölkələrin enerji ehtiyacları artmaqda davam edir və yeni enerji sistemlərinə ehtiyac var.

İndex.az xəbər verir ki, bu çərçivədə dünyanın ilk süni enerji adası lazımlı ekoloji icazəni alıb.

"Şahzadə Elizabet" adası dəniz külək stansiyalarını Belçika sahillərinə birləşdirəcək.

Bununla yanaşı, Böyük Britaniya və Danimarka ilə gələcək qarşılıqlı əlaqə üçün mərkəz rolunu oynayacaq dəniz elektrik şəbəkəsi kimi fəaliyyət göstərəcək.

Belçikanın elektrik ötürücü sistem operatoru "Elia Group" bu layihənin yaradıcısıdır və şirkət tikinti üçün icazə almaq məqsədi ilə bu ilin əvvəlində müraciət etmişdi.

Tikintinin 2024-cü ilin martında başlanması və 2026-cı ilin avqustunda başa çatdırılması gözlənilir.