Dünyanın ən yaxşı CEO-ları reytinqinə əsasən "Morgan Stanley" CEO-su Ceyms Qorman 2023-cü ilin ən yaxşı CEO-su seçilib.
İndex.az xəbər verir ki, "Global İndex"in araşdırmasına görə, siyahıda ikinci "Walmart"ın CEO-su Daq MakMilyon, üçüncü isə "Amazon"un CEO-su Endi Cessi olub.
Qeyd edək ki, "Meta" CEO-su Mark Zukerberq siyahıda 39-cu yeri, "Tesla" CEO-su İlon Mask isə 91-ci yeri tutub.
İndex.az dünyanın ən yaxşı CEO-larını sizə təqdim edir:
1. Ceyms Qorman - Morgan Stanley - ABŞ
2. Daq MakMilyon - Walmart - ABŞ
3. Endi Cessi - Amazon - ABŞ
4. Tim Kuk - Apple - ABŞ
5. Karen Linç - CVS Health - ABŞ
6. Amin Nassir - Aramco - Səudiyyə Ərəbistanı
7. Endryu Vitti - UnitedHealth Group - ABŞ
8. Darren Vuds - Exxon Mobil - ABŞ
9. Uorren Baffet - Berkshire Hathaway - ABŞ
10. Sundar Piçay - Alphabet - ABŞ
