Böyük Britaniya dünyanın ən sürətli süni intellektli superkompüterini hazırlayır.

İndex.az xəbər verir ki, Böyük Britaniya AI superkompüterinin hazırlanmasına 273 milyon dollar xərcləyəcək.

"Isambard-AI" adlanan bu alət saniyədə 200 katrilyon hesablama apara biləcək.

"Nvidia" tərəfindən edilən açıqlamaya görə, süni intellektli superkompüter "Hewlett Packard Enterprise" tərəfindən hazırlanacaq.

Superkompüterin hazırlanmasında "Nvidia"nın 5448 ədəd "GH200 Grace Hopper" superçipindən istifadə ediləcək.