İtaliyanın "Prysmian" şirkəti rekord qıraraq dünyanın ən dərin sualtı enerji kabelinin quraşdırılmasını başa çatdırıb.

İndex.az xəbər verir ki, dərinliyi 2 min 150 m olan kabel Siciliya, Sardiniya və İtaliyanı birləşdirir.

Avropada "Tyrrhenian Link" adlı elektrik ötürücü şəbəkə operatoru "Ternan"ın 970 km uzunluğunda və 1000 MVt gücündə layihəsi çərçivəsində həyata keçirilən quraşdırma ilə Siciliya, Sardiniya adası və İtaliya ikiqat sualtı kabellə bir-birinə bağlanacaq.