"Shell" və BYD, Çində dünyanın ən böyük elektrikli avtomobil doldurma stansiyasını açdı.

İndex.az xəbər verir ki, obyekt eyni vaxtda 258 avtomobili enerji ilə doldurmaq gücünə malikdir.

BYD-nin baş qərargahının yerləşdiyi Çinin Şençjen şəhərində açılan stansiya hava limanının yaxınlığında yerləşir.

Obyektdə enerji doldurma məntəqələri ilə yanaşı, elektrikli nəqliyyat vasitəsi sahiblərinin faydalana biləcəyi mağazalar, kafelər, avtomatlar və istirahət otaqları da var.

"Shell"in məlumatına görə, sınaq istismarı mərhələsində stansiya gündə 3300-dən çox elektrik avtomobilinə xidmət göstərirdi.

Gələcəkdə stansiyanın tutumunu artırmaq da mümkün olacaq.