İqtisadçıların 67%-i bu il yeni bank uğursuzluqları və "ciddi maliyyə problemləri" ehtimalını yüksək olduğunu bildirir.
İndex.az xəbər verir ki, Dünya İqtisadi Forumunun (WEF) özəl və dövlət iqtisadçılarının iştirakı ilə hazırladığı "Baş İqtisadçıların Outlook 2023" hesabatına əsasən, qlobal iqtisadi artım və inflyasiya ilə bağlı proqnozlar regionlara görə geniş şəkildə dəyişir.
Dünya İqtisadi Forumunun (DEF) sorğusunda iştirak edən baş iqtisadçılar bu il qlobal resessiya ehtimalı ilə bağlı fikir ayrılığına düşsələr də, iqtisadçıların 76%-i yaşayış minimumunun bir çox ölkələrdə “böhran” səviyyəsində davam edəcəyini proqnozlaşdırır və bunun xüsusilə inkişaf etməkdə olan ölkələrdə "kəskin" bir problem olacağını düşünür.
İqtisadçıların 45%-i bu il qlobal tənəzzül olacağını düşündüyü halda, 55%-i isə bunu mümkünsüz hesab edir.
Çində "Covid-19" tədbirlərinin ləğvi səbəbindən ən canlı iqtisadi fəaliyyətin Asiya bölgəsində görüləcəyi gözlənilir.
İqtisadçıların yarısı Çində bu il iqtisadi artımın ötən ilə nəzərən 43% daha güclü olacağını gözləyir.
İqtisadçıların 93%-i Şərqi Asiya və Sakit okean regionunda iqtisadiyyatın ən azı orta səviyyədə inkişaf edəcəyini gözlədiyi halda, 50 və 75%-i ABŞ və Avropada müvafiq olaraq zəif və ya çox zəif iqtisadi artım gözləyir.
