Dünya bazarında neft qiymətlərində artım müşahidə olunub.

Belə ki, WTI markalı neftin fevral füçersləri 0,99% bahalaşaraq, bir barelinin qiyməti 73,42 ABŞ dolları olub.

“Brent” markalı neftin mart füçersləri 0,77% bahalaşaraq, bir barelinin qiyməti 78,85 ABŞ dolları təşkil edib.