Dövlət Turizm Agentliyi “Partizan Məmməd”in evini bərpa edir.

İndex.az bu barədə dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir.

Məlumata görə, Dövlət Turizm Agentliyi İsmayıllı rayonunda “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğundakı “Partizan Məmmədin” evinin bərpa layihəsi ilə bağlı tender elan edib.

Tenderin qalibi “Tələt” Fimasıdır. “Partizan Məmmədin” evinin bərpa üçün Agentlik bu şirkətə 177 min 22,3 manat ödəyəcək.

Qeyd edək ki, “Tələt” Firması 1998-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı cəmi 10 manat təşkil edir.