Oğuzda hoteldə Dövlət Turizm Agentliyinin (DTA) sədrinin müşaviri Sübhan Quliyev vəfat edib.
Bu barədə DTA məlumat yayıb.
Məlumata görə, Sübhan Quliyev həkim tərəfindən tibbi yardım göstərildikdən bir neçə saat sonra dünyasını dəyişib.
Hazırda hadisənin səbəbləri araşdırılır.
Qeyd edək ki, ilkin məlumata görə, S.Quliyev ürəktutmadan vəfat edib.

