Solaxaylıq və ömür uzunluğu ilə bağlı bəzi araşdırmalar, solaxay insanların sağ əllilərdən daha qısa ömür sürdüyünü ortaya çıxarıb.

İndex.az xəbər verir ki, 1980-ci illərdə aparılan bəzi araşdırmalara görə, solaxay insanlar daha qısa ömür sürürlər.

Diane Halpern və Stanley Coren tərəfindən 1991-ci ildə edilən bir araşdırmada, solaxayların sağ əllilərdən təxminən 9 il daha qısa yaşadığı iddia edildi, lakin bu araşdırma çox tənqid olundu.

Tədqiqat yaşlı insanlar arasında sorğular vasitəsilə məlumat toplayıb. Solaxaylıq yaşlı insanlarda o qədər də rast gəlinmədiyi üçün təbii olaraq daha çox sağ əlli insanları əhatə edirdi.

Buna görə də nümunə seçimində təsadüfiliyin təmin olunmadığı və nəticələrə təsir etdiyi iddia edildi.

Halpern və Corenin müşahidələri sonrakı araşdırmalarla uyğun gəlmədi. Daha böyük bir nümunə ilə tədqiq edildi və solaxaylıqla gözlənilən ömür arasında heç bir əhəmiyyətli əlaqə tapılmadı.

Solaxaylıq, hansı əlin daha dominant olduğunu müəyyən edən beynin bir xüsusiyyəti olduğu üçün genetik və ətraf mühit faktorlarının birləşməsi ilə baş verir, lakin bu münasibətlər ömrün uzunluğuna birbaşa təsir göstərmir.

Bir sözlə, elmi ədəbiyyatın ümumi qiymətləndirilməsinə nəzər saldıqda görərik ki, solaxay olmağın ömür uzunluğuna elə də ciddi təsiri yoxdur. Köhnə tədqiqatların metodoloji səhvlərindən irəli gələn yanlış nəticələrə dərhal aldanmaq olmaz!