Almaniyanın ən böyük banklarından biri olan "Deutsche Bank" bu ilin birinci yarısına olan mənfəətini açıqlayıb.
İndex.az xəbər verir ki, Mərkəzi ofisi Frankfurtda "Deutsche Bank", bu ilin ilk yarısında 3,3 milyard avro ilə 2011-ci ildən bəri ən yüksək mənfəəti əldə edib.
Bəyanatda fikirlərinə yer verilən "Deutsche Bank"ın Baş İcraçı Direktoru Kristian Seving, bankın 2023-cü ilin ilk yarısında güclü bir böyümə sürəti göstərdiyini qeyd edib:
"Bu nəticə, bizim 2025-ci il üzrə maliyyə hədəflərimizə çatmağa yaxşı şans yaradır".
