"Deutsche Bank", "Numis" konsaltinq firmasını alacağını açıqlayıb.
İndex.az xəbər verir ki, Almaniya bankı "Deutsche Bank", İngiltərədə yerləşən "Numis" konsaltinq firmasını 410 milyon funt sterlinqə (512 milyon dollar) almağa razılaşıb.
"Deutsche Bank"dan verilən açıqlamaya görə, "Deutsche Bank" Böyük Britaniya və İrlandiyadakı korporativ maliyyə fəaliyyətini "Numis" ilə birləşdirəcək.
Analitiklər bu sövdələşmənin "Deutsche"nin son on ildəki ən böyük alışı olduğunu bildiriblər.
"Deutsche Bank"ın korporativ və investisiya bankçılığı əməliyyatlarına nəzarət edən Fabrizio Campelli verdiyi açıqlamada bildirib ki, Böyük Britaniyadakı biznesləri böyütməyi düşünürlər:
"Bu birləşmə bizə birgə müştəri bazamızda daha çox gəlir imkanları açmağa imkan verəcək və Böyük Britaniya şirkətləri ilə əlaqələrimizi dərinləşdirək”.
