"Castin Suna" məxsus kriptovalyuta birjası "Poloniex" ABŞ sanksiyalarına əməl etmədiyinə görə cərimələnib.

İndex.az xəbər verir ki, birja cərimə olaraq ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisinə (OFAC) 7,59 milyon dollar ödəyəcək.

OFAC-dan verilən açıqlamada birjanın sanksiyaya məruz qalan Krım, Kuba, İran, Sudan və Suriyadan olan istifadəçilərə ticarət etməyə icazə verdiyi bildirilib.

Mövzu ilə bağlı verilən açıqlamada birjanın 2014-cü ilin yanvarından 2019-cu ilin noyabrına qədər 66 min dəfə sanksiya proqramlarını pozduğu bildirilib.

OFAC bəyan edib ki, birja uyğunluq proqramı çərçivəsində müvafiq ölkələrdə əlaqəli hesabları məhdudlaşdırmaq üçün səylər göstərir.