Daha əvvəl xəbər verdiyimiz kimi Avropanın və İsveçrənin ən böyük banklarından biri olan "Credit Suisse" iflas edərək USB tərəfindən alınmışdı.
İndex.az xəbər verir ki, "Credit Suisse"nin çöküşü 2022-ci ilin 2-ci rübündən başlayıb.
Belə ki, 2022-ci ilin 1-ci rübünü 8,5 milyard dollarlıq mənfəətlə başa vuran bank, 2-ci rübü gözlənilmədən 8,3 milyard dollarlıq ziyanla tamamlayıb.
2022-ci ilin 4-cü rübündə bu zərər artıq 119 milyard dolları keçmişdi.

